Ölkə

Azərbaycanda oğlan 14 yaşlı nişanlısına əxlaqsız hərəkətlər etdi

Azərbaycanda oğlan 14 yaşlı nişanlısına əxlaqsız hərəkətlər etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Qazaxın Çaylı kəndində 2 qızın zorlamaya məruz qalması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov 7Times.az-a bildirib ki, Qazax rayon Çaylı kəndində qızların kütləvi cinsi zorakılığa məruz qalması barədə iddialar həqiqəti əks etdirmir:

“Belə ki, bu ilin aprel ayında Çaylı kəndində yaşayan azyaşlı qıza öz həmkəndliləri olan 2 azyaşlı oğlan tərəfindən seksual xarakterli hərəkətlər edilib. Hadisə barədə Qazax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin olunub, qərar qəbul edilməsi üçün rayon prokurorluğuna göndərilib. Rayon prokurorluğu da həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi barədə məhkəmyə vəsatət  verib. Lakin məhkəmə şəxslərin azyaşlı olduğunu nəzərə alaraq həmin vəsatəti qəbul etmədiyinə görə onlar barəsindəki valideynin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Digər hadisədə Çaylı kənd sakini rayon polis şöbəsinə müraciət edərək 14 yaşlı qohumunun 20 yaşlı nişanlısı tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalması barədə məlumat verib.

Hazırda müvafiq ekspertiza təyin olunub, zəruri istintaq hərəkətləri davam etdirilir”. //lent.az