Hadisə

Azərbaycanda oteldə meyiti tapılan 20 yaşlı qız görün kim imiş

Azərbaycanda oteldə meyiti tapılan 20 yaşlı qız görün kim imişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7Times.az-a  bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:

“İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü X.Tağıyeva olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Digər mənbədən isə bildirilib ki, xanım hamamda çimərkən ölüb. İlkin ehtimallara görə, o, dəm qazından boğulub.