Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviç əməliyyat olunacaq.
7times oxu.az-a istinadən xəbər verir ki, müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.
Nemanya gələn həftə Serbiyada əməliyyat olunacaq. Həkimlərin fikrincə Ancelkoviç 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.
Follow @7timesaz