Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar rayonu ərazisində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən 7Times.az-a bildirilib ki, iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.
İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.
Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (unikal.org)
Follow @7timesaz