Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
7Times.az xəbər verir ki, hadisə ötən gün Nabran istirahət zonasında qeydə alınıb.İstirahətdən qayıdan polis kapitanı Firuz Ağamalıyev Xudat şəhər sakini 1978-ci il təvəllüdlü Qasımov Mayis Sabir oğlunu vuraraq qaçıb.Yaralı hadisə yerində dünyasını dəyişib.Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Firuz Ağamalıyev Xaçmaz-Xudat yolunda saxlanılaraq həbs olunub.Qeyd edək ki, o Xızı RPŞ-nin sahə müvəkkili vəzifəsində çalışır.Faktla əlaqədar olaraq Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.
Follow @7timesaz