Ölkə

Azərbaycanda qadağa qüvvəyə minir: Cəriməsi 5 mindir – DİQQƏT – FOTO

Azərbaycanda qadağa qüvvəyə minir: Cəriməsi 5 mindir – DİQQƏT – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlar qadağan olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə bildirilib ki, qadağan olunmuş plastiklərin idxalına, istehsalına və satışına cərimə var:

“Cərimənin miqdarı vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün 3000-4000 manatdır”.

Qeyd edilib ki, qadağan olunmuş plastiklərdən təkrar cərimə isə vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-5000 manat təşkil edir.