Hadisə

Azərbaycanda qadın dölünü zibil qutusuna atdı – RƏSMİ AÇIQLAMA

Azərbaycanda qadın dölünü zibil qutusuna atdı – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu şəhərində zibil qutusuna atılmış döl tapılıb.

7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə döl aşkarlanması barədə polisə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl oradan götürülərək ekspertizaya göndərilib.

Keçirilən tədbirlərlə həmin qadın müəyyən edilib və o, Ağsu Rayon Polis Şöbəsinə dəvət olunub. Qadın bildirib ki, döl 3 aylıq olub. O, izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını bildirib.

Hazırda araşdırmalar davam etdirilir və nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.