Hadisə

Azərbaycanda qadın ərinə əsəbləşdi, səhvən qayınatasını yandırdı

Azərbaycanda qadın ərinə əsəbləşdi, səhvən qayınatasını yandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.

Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”.