Ölkə

Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara partladı – Yaralılar var

Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara partladı – Yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.

7Times.az  apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.

 

Yeniyetmə xəstəxanaya yerləşdirilib.