Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.
7Times.az “Bizim.media”ya istinadən xəbər verir ki, ŞİH-in Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, sürücüsü və icra başçısının işləri üzrə baş mütəxəssis Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə, sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanılıb: “Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.
Follow @7timesaz