Bu gün səhər saatlarında Xaçmaz intihar hadisəsi baş verib.
7Times.az xəbər verir ki,Xaçmaz rayon Xaspoladoba kənd sakini,1990-cı il təvəllüdlü Məmmədov Elvin Tofiq oğlu özünü yaşadığı evin həyətindəki əncir ağacından asaraq intihar edib.Onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.
Qeyd edək ki,intihar edən Elvin Məmmədov FHN-nin əməkdaşı olub.Ailəlidir,iki övladı var.
7Times.az-ın əldə etdiyi məlumata görə onun intihar etməsinə səbəb külli miqdarda borcunun olması olub.
Fakla əlaqədar olaraq araşdırmalar aparılır.
Follow @7timesaz