Samux rayon sakini, 21 yaşlı qız məcburi qaçırılıb.
7times.az xəbər verir ki, bu barədə Gülər Mirzəyevanın anası iddia edib.
O bildirib ki, qızı Azərbaycan Dövlət Aqrar Universitetinə istehsalat təcrübəsinə gedən zaman onu Vüsal adlı şəxs və iki tanışı məcburi qaçırıb:
“Oğlanın ailəsi elçi gəldi, qızım istəmədi. Bu gün məcbur qaçırıblar. Polis qızımın qaçırılması ilə bağlı məsələyə baxmır.”.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib”.
“Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir”,- deyə o əlavə edib. Oxu.az
Follow @7timesaz