Dünya

“Azərbaycandan 50 il geridəyik”

“Azərbaycandan 50 il geridəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur tarixçisi İlber Ortaylı Azərbaycan musiqisi haqda danışıb.

OLAY yazır ki, bu barədə o, yutubda  fəaliyyət göstərən “Kafa” TV-nin layihəsində qonaq olarkən açıqlama verib. Tanınmış alim əvvəlcə ötən aylarda Bakıda iştirak etdiyi kitab festivalından söz açıb:

“Bakıda kitab festivalına getdik. Orada nəfis bir orkestra var idi. Zatən Azərbaycanın musiqi zövqünü bilirsiniz. Sonra bizim “pavyon” musiqiçiləri gəldi, məmurlarla birgə “horon” oynadılar. Biz azərbaycanlı qardaşlarımızdan 50 il geridəyik. Bu, qorxuncdur”.

İ. Ortaylı deyib ki, Azərbaycandan bir çox sənətçini dinləyir:

“Zeynəb Xanlarovaya da qulaq asıram. Onların Rəşid Behbudovları, Müslüm Maqomayevləri var… Çünki azərbaycanlı sənətçilər təhsil alırlar. Məsələn, Qarabağdan çox gözəl səslər çıxır, bu istedadı coğrafiya yaradır. Amma həmin insanlar da musiqi üzrə təhsil alıb, o səviyyəyə çatırlar. Bizdən isə hamı kimi İbrahim Tatlısesin böyük qabiliyyəti olduğuna inanıram.

Mərhum Müslüm Gürsesi dinləmirdim. O da böyük istedad idi. Könül istərdi ki, onların ikisi də Azərbaycanda olduğu kimi yaxşı musiqi təhsili alardılar. Beləliklə insanların ruhuna toxunan mahnılar oxuyardılar. Bu təhsili verə bilmirik, onlar da başa düşüblər, ağıllıdılar. İbrahimin “Oksford açdız, getmədik?” dediyi həmin məqamdır”.