“Beşiktaş”dan ayrılandan sonra işsiz olan Türkiyənin məşhur məşqçisi Şenol Günəş yenidən böyük futbola qayıtmağa hazırlaşır.
7Times.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, 71 yaşlı təcrübəli çalışdırıcının Azərbaycan milli komandasının sükanı arxasına keçəcəyi gözlənilsə də, hələ ki bu baş verməyib.
Son xəbərlərə görə, Şenol Günəşə Kosovo milli komandasından da təklif gəlib. Onun bu təklifə reaksiyası hələ məlum deyil.
Qeyd edək ki, Şenol Günəş Azərbaycandan gələn təklifi bu sözlərlə dəyərləndirmişdi:
“Müəyyən insanlardan təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub ətraflı danışmaq lazımdı. Azərbaycan futbolu yüksəlişdədir. Bu komandanı çalışdırmaqdan qürur duyardım”.
Modern.az
Follow @7timesaz