İdman

Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib

Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Federasiyada 7Times.az-a verilən məlumata görə, 48 kq çəki dərəcəsində Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb.

O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı təmin ediblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.