Dünya

“Azərbaycanın daxilində Qarabağın gələcəyi yoxdur” – Erməni deputat

“Azərbaycanın daxilində Qarabağın gələcəyi yoxdur” – Erməni deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın daxilində Qarabağın gələcəyi yoxdur”.

7Times.az  xəbər verir ki, bunu oktyabrın 10-da parlamentdə ənənəvi brifinqlərdə parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri, müxalifətçi deputat Taquhi Tovmasyan deyib.

“Qarabağın Azərbaycanın bir hissəsi ola biləcəyi fikri öz soydaşlarını soyqırıma məruz qoymağa faktiki hazırlıqdır.

Heç bir Qarabağ sakini Azərbaycanın tərkibində olmaqla təhlükəsiz yaşaya bilməz”, – Tovmasyan deyib.

O, Qarabağ ermənilərinin son iki gündə başlayan etiraz aksiyalarını “müsbət” qiymətləndirib.

“Ermənistan Qarabağı və onun sakinlərini müdafiə etməyə borcludur. Mən başa düşürəm ki, Nikol Paşinyan Qarabağı Serj Sarkisyanın və Robert Koçaryanın vətəni kimi qəbul edir və onların hamısına eyni dərəcədə nifrət edir. Lakin biz bu münasibətin hökmranlığını davam etdirməsinə imkan verə bilmərik. Sadəcə olaraq bizim buna haqqımız yoxdur”, – deyə Tovmasyan bildirib.

O,sərhəddəki vəziyyətə də toxunub.

“Sərhədlərin möhkəmləndirilməsi baxımından Ermənistanın müəyyən problemləri var. Bütün bunlar mümkün qədər tez həll edilməlidir. Biz həmişə hamıdan şikayət edə bilmərik. Eyni zamanda başa düşürük ki, hökumət mövcud problemlərin həlli üçün lazımi addımlar və səylər göstərmir. Ermənistanın lazımi şəkildə təchiz edilmiş cəbhə xətti olmalıdır”, – deyə Tovmasyan vurğulayıb.KONKRET.az