Hadisə

Azərbaycanın keçmiş futbolçusunun meyiti tapıldı – FOTO

Azərbaycanın keçmiş futbolçusunun meyiti tapıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Neftçi” və Gəncənin “Kəpəz” klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

7times.az Report-a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra “Kəpəz” və Gədəbəyin “Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.