İdman

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.

Federasiyadan 7Times.az-a verilən məlumata görə, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Bu gün səfərə yollanan yığmanın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.