Dünya

Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi – Baş nazir

Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi – Baş nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanın strateji əhəmiyyətindən danışıb.

 

7Times.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında söz açıb.

 

“Oktyabrın 4-də düşmənin müdafiəni yarıb Cəbrayıla çatdığı 9-cu müdafiə bölgəsində ciddi problemlər yaşadıq. Orduya Azərbaycan Silahlı Qüvvələrinin irəliləyişini dayandırmaq tapşırılmışdı, çünki atəşkəs yaratmaq cəhdləri göstərdi ki, biz onların irəliləyişini dayandıra bilməyincə, müharibəni dayandırmaq üçün bütün cəhdlər faydasız olacaq. Yaxud ağrılı güzəştləri etməli idik”, – Baş nazir qeyd edib.

 

“Amma nə qədər ağrılı güzəştlərə ehtiyac olduğunu başa düşsəm də, Şuşa və Mehridə sülhməramlıların yerləşdirilməsini qəbul edə bilməzdim. Şuşa uğrunda döyüşlər davam etdikcə mübarizənin mənası və motivi var idi və Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi. Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər, Xankəndiyə arxadan hücuma keçmək imkanı əldə etdilər”, – Paşinyan əlavə edib.

Modern.az