Dünya

Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır – Kalaşnikov

Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır – Kalaşnikovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son həftələrdə baş verənlər Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəyənlər, özlərini bu mövzuya həsr edənlər, dövlətlərimizin sabit inkişafı və qüdrətini müdafiə edənlər arasında ciddi narahatlıq yaratmaya bilməz.

7Times.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Hər zaman olduğu kimi, yaranmış vəziyyətdən qazanc əldə etməyə, hansısa siyasi xal qazanmağa çalışanlar da var ki, günahı əvvəl birinə, sonra başqasına yıxmağa çalışırlar. Belə oyunların əleyhinəyəm. Çünki bilirəm ki, Rusiya ilə Azərbaycanın, Putinlə Əliyevin əslində necə münasibətləri var. Bu vəziyyətdə ürəyim qan ağlayır. Axı bizim ölkələrimiz bir-birinə çox mehribandır. Liderlərimiz arasında çox səmimi münasibətlər var. Son illər münasibətlərimizdə müsbət irəliləyişlər sevindirməyə bilməzdi. Heydər Əliyevin vəsiyyətindən sonra İlham Əliyev Rusiya ilə strateji, yaxşı münasibətləri inkişaf etdirməyə davam etdi. Ölkələrimiz qarşılıqlı faydalı istiqamətlərdə irəliləyib. Yadımdadır, 90-cı illərdə çətin günlər olanda, Azərbaycan yolayrıcında olanda Heydər Əliyev ruslardan xahiş etdi ki, ölkədən getməsinlər. Onlar ona qulaq asdılar, inandılar və qaldılar. Böyük Əliyev respublikanın parçalanmasına imkan vermədi. Odur ki, münasibətlərimizdə olanları dəyərləndirməliyik. Ola bilsin ki, bu sözlər bəzilərinə rutin görünəcək, amma mənə elə gəlir ki, yalnız iki nəfər sakit, düşünülmüş və istənilən problemi bacarıqla həll etməyə qadirdir. Ən çətin anlarda belə vaxt tapıb, telefonu götürüb, bir-birinə zəng edib bütün məsələləri həll ediblər. Heç bir qüvvə dostluğumuza təsir edə bilməz. İstər Rusiyada, istərsə də Azərbaycanda heç bir millətçilik istəkləri bizim yaxşı münasibətlərimizi, insani bağlarımızı kəsə bilməyəcək. Mən buna tam əminəm”, – o bildirib.

Axar.az