Dünya

“Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək” – Yaşar Gülər

“Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək” – Yaşar Gülərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək.

“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.

Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: “Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum”.

İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.