Dünya

“Azərbaycanla yeni müharibə ehtimalı böyükdür” – Paşinyandan şok açıqlama

“Azərbaycanla yeni müharibə ehtimalı böyükdür” – Paşinyandan şok açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh sazişi imzalanmayana və belə bir saziş iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməyənə qədər təbii ki, Azərbaycanla yeni müharibə ehtimalı böyükdür”.

7Times.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Azərbaycanla yeni müharibə ehtimalını yüksək qiymətləndirən Paşinyan həm Qərbin, həm də Rusiyanın bir-birini günahlandırdığını bildirib:

“Qərbdəki bəzi dairələrin məntiqinə görə, Rusiya öhdəliklərini yerinə yetirmədiyi üçün bütün gözləntilərimizi doğrultmur. Eyni şəkildə Rusiya da Qərblə bağlı bizə eyni sözləri deyir”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh sazişi hazırlamaq üçün ilk addımı atıb və beş bənddən ibarət sülh sazişi təklifi ilə çıxış edib. Ermənistan bu təklifləri qəbul edib sülh danışıqlarına hazır olduğunu bəyan etsə də, hələlik danışıqlar heç bir nəticə verməyib.