Əslən azərbaycanlı olan Rusiya vətəndaşları faciəvi şəkildə ölüblər.
APA-nın məlumatına görə, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çənində təmir işləri apararkən partlayış baş verib.
Hadisə nəticəsində Nurəddin hadisə yetində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2 də Qarabağlıya gətiriləcəyi gözlənilir.
Follow @7timesaz