Azərbaycan vətəndaşı Türkiyədə hava limanında saxlanılıb.
Bu barədə Lent.az-a saxlanılan Səid Mahmudovun qardaşı Teymur Mahmudov məlumat verib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Qardaşım Səid Mahmudov Ruslan adlı şəxslə birgə Dubaydan Türkiyəyə, oradan da Azərbaycana telefon gətirib satışı ilə məşğul olurlar. Səid Ruslanın işçisidir. 10 ildir bu fəaliyyətlə məşğuldurlar. Ancaq bu gün səhər saatlarında onlar Dubaydan Türkiyəyə gəlib çatanda, hava limanında onları polis əməkdaşları qarşılayıb. Ruslan qaçıb, amma qardaşım saxlanılıb”.
T. Mahmudovun sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən onların gətirdiyi Azərbaycanda ümumilikdə təxmini qiyməti 200 min manat olan 65 ədəd “Iphone 13 pro”məhsulu qaçaqmal hesab olunub. O bildirib ki, S. Mahmudova 30 sutka həbs cəzası verilib, Ruslan barəsində isə axtarış elan olunub.
Məsələ ilə bağlı Mahmudovlar ailəsi Bakıdakı Türkiyə səfirliyinə üz tutublar. Səfirlikdən isə onlara sabah gəlmələri tövsiyə olunub.
Follow @7timesaz