Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Vüsal İsgəndərli Konfrans Liqasının I təsnifat mərhələsi üzrə “Ararat-Armenia” komandasına qarşı oyun üçün Ermənistana yollanıb.
Offsideplus.az xəbər verir ki, KL oyunları üçün UEFA-ya sifariş olunan 28 yaşlı futbolçu yeni komandası ilə birlikdə İrəvana yola düşüb. Bu barədə oyunçunun İnstaqram səhifəsindəki hekayə bölməsində paylaşım olunub. Futbolçu Tirana hava limanında həmyerliləri ilə qarşılaşıb və şəkil çəkdirib.
Qeyd edək ki, “Ararat-Armenia” – “Eqnatiya” matçı iyulun 13-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Albaniyada baş tutacaq.
Follow @7timesaz