Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
“Report”un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.
Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Follow @7timesaz