Rusiyada məşhurlaşan azərbaycanlı müğənni El’man (Elman Zeynalov) Laura Cuqelinin “Надо обсудить” Youtube layihəsində maraqlı açıqlamalar verib.
7times.az axşam.az-a istinadən xəbər verir ki, o, Rostovda yaşayan azərbaycanlı müğənni Ramiz haqda danışıb. O bildirib ki, Ramiz küçələrdə yaşayır:
“Bir vaxtlar o, Rostovda ən məşhur ifaçılardan idi. İndi isə çoxlu içki içir və küçələrdə yaşayır. Onun heç bir sənədi yoxdur. Pulu olanda belə oteldə və ya digər bir məkanda qala bilməz. Onun kimliyini dəqiqləşdirəcək heç bir sənədi yoxdur. O, qatarda yaşayır.
Ramizin sənədlərini Azərbaycanda arxivdən tapmaq lazımdır. O, ölü kimidir. Bu həyatda olmaqdan çox məyusdur”.
El’man bildirib ki, Ramizin sənədlərini yenidən bərpa etməsi üçün əlindən gələni edir. “Onun həyatını qaydaya salacağıq. Çox yaxşı insandır, ona yardım etmək lazımdır” deyə, ifaçı əlavə edib.
El’man dəstək üçün Ramizlə “Родная душа” duetini yazdırıb.
Follow @7timesaz