Azərbaycan əsilli Belarus vətəndaşı, “stand up” ustası İdrak Mirzəlizadə Rusiya Daxili İşlər Nazirliyinə qarşı iddia qaldırıb.
7Times.az xəbər verir ki, o, məhkəməyə müraciət edərək Rusiyaya girişinə ömürlük qadağa qoyulması qərarının ləğv edilməsini tələb edib.
“TASS” agentliyi bu barədə Moskva Zamoskvoretski məhkəməsinin nümayəndələrinə istinadən xəbər verib.
Qeyd edək ki, iyulun 30 -da İ. Mirzəlizadə barəsində inzibati iş başlanıb. O, Rusiya İnzibati Məcəlləsinin 20.3.1 -ci maddəsini (Nifrət və ya düşmənçiliyə təhrik etmək, habelə insan ləyaqətini alçaltmaq) pozmaqda ittiham olunur. Avqustun 9-da Moskva məhkəməsi sənətçiyə on günlük inzibati həbs cəzası verib. Buna səbəb Rusiyada slavyan olmayan insanların üzləşdiyi çətinliklər haqqında Mirzəlizadənin monoloqundan kəsilmiş ruslarla bağlı viral zarafatlardır.