Kriminal

Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdü

Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sverdlovsk vilayətində saxta spirtli içkidən zəhərlənib ölənlərin sayı 26 nəfərə çatıb.

7times.az lent.az-a istinadən məlumat verir ki, artıq faktla bağlı 3 nəfər saxlanılıb. Bunlar Azərbaycan vətəndaşları Nadir Məmmədov, Anar Eyvazov və Ermənistan vətəndaşı Armen Avetisyandı.

Məlumata görə, saxta içkilər vilayətin Verx-İsetsk rayonunda metil spirtindən hazırlanırmış. Sonra isə Botanika bazarında parakəndə şəkildə satılırmış.

Yerli mətbuatın yazdığına görə, baş verənlərin miqyası böyük olduğundan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin birbaşa nəzartiədədir.