ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri bütün regionda maraqlı qarşılanıb və müzakirələrə səbəb olub.
7Times.az xəbər verir ki, erməni istifadəçilər tviterdə Nensi Pelosinin çıxışından ilhamlanaraq SanctionAzerbaijan həştəqi ilə kampaniya başladıblar.
Azərbaycanlı istifadəçilər #NoPelosi həştəqi ilə onlara cavab veriblər. Qısa zaman ərzində həmvətənlərimiz müvafiq həştəqlə 10 mindən çox tvit atıb.
Qeyd edək ki, bu ana olan məlumata görə, hazırda #NoPelosi həştəqi ilə 15,2 mindən çox tvit atılıb.
Follow @7timesaz