Maqazin

Azərdən Vüsaləyə cavab: “Sevgini tapmaq özü qismətdir“

Azərdən Vüsaləyə cavab: “Sevgini tapmaq özü qismətdir“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ilk dəfə efirdə keçmiş həyat yoldaşı Azər Zahiddən boşanması haqda danışan Vüsalə Əlizadəyə cavab gecikməyib.

7times.az xəbər verir ki, veriliş yayımlandıqdan sonra aparıcının keçmiş həyat yoldaşı sosial şəbəkə hesabında xanımı ilə fotosunu paylaşıb.

A.Zahid üçüncü dəfə ailə qurduğu xanımı ilə olan görüntülərə “Həyatım o qədər gözəldir ki, hər kəsə gözəl gün arzu edirəm. Ailə gözəl şeydir. O sevgini tapmaq özü qismətdir. Taleyimin bu qədər gözəl olması o deməkdir ki, Allah hər şeyi zamanla, vaxtında, vədəsində yetirdi. Hər kəsə xoşbəxt dəqiqə və gün arzulayıram” – deyə şərh yazıb.

Sosial şəbəkə istifadəçiləri onun bu paylaşımı Vüsalə Əlizadənin sözlərinə cavab olaraq  etdiyini qeyd ediblər.

Xatırladaq ki, V.Əlizadə “Onun sirri” proqramında ailəsinin dağılmasında səhvinin olmadığını, ailəsini qorumaq üçün hər riski gözə aldığını demişdi.