Ölkə

“Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölüb

“Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az  xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva” markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, “Ford”un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olan Ədalət Zeynalov “Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

“Report”