ABŞ-ın Oreqon ştatında uşaqlara qarşı cinsi təcavüz materiallarına daxil olmaqda və onları telefonuna yükləməkdə təqsirləndirilən 27 yaşlı Skott Conson həbs olunub.
7Times.az xəbər verir ki, onun barəsində 5 il həbs müddəti istənilsə də Skott buna etiraz edib və sınaq müddəti istəyib. Beləcə o sınaq müddəti və həftəsonu həbs cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs 2021-ci ilin yanvarında saxlanılıb. Polis “Kik” mesajlaşma tətbiqindən uşaq pornoqrafiyasının yüklənməsi ilə bağlı məlumat aldıqdan sonra əməliyyatçılar Skott Consonu şübhəli şəxs kimi tanıyıb və axtarış qərarı icra olunub. Məlum olub ki, tətbiq üzərindən kimliyi məlum olmayan şəxslər Consona bir neçə link göndəriblər, o isə birinci linki açdıqdan sonra, linklərdə nə olduğunu bildiyi halda digərlərini də açıb və telefonuna yükləyib.
Follow @7timesaz