“Qarabağın yerinə heç kim qərar verə bilməz”.
7Times.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib. O, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsini şərh edib.
“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, “arsax”ın yerinə heç kim qərar verə bilməz və qəbul olunarsa, müvafiq reaksiya da olacaq.
Bizim aydın şəkildə formalaşdırılmış qırmızı xəttimiz var, onun haqqında daim danışırıq. Biz daim bəyan etməliyik ki, baxışımız dəyişməyib: Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz, bundan söhbət gedə bilməz”, – deyə Babayan sərsəmləyib.Konkret.az
Follow @7timesaz