Ölkə

Bağçada BƏDBƏXT HADİSƏ: “DOLAB UŞAĞIN ÜZƏRİNƏ AŞDI” – ANBAAN VİDEO

Bağçada BƏDBƏXT HADİSƏ: “DOLAB UŞAĞIN ÜZƏRİNƏ AŞDI” – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda fəaliyyət göstərən bağçalardan birində bədbəxt hadisə baş verib.

BAKU.WS xəbər verir ki, hadisə “Əsmanur” uşaq bağçasının Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən filialında qeydə alınıb. Belə ki, uşaqlar bağçanın içində olarkən onların üzərinə dolab aşıb.

Bununla bağlı BAKU.WS-in “Qaynar xətti”nə şikayət daxil olub. Valideynlərdən biri iddia edir ki, aşan dolab onun azyaşlı övladının üzərinə düşüb.

Nəticədə həmin uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Onun burun sümüyü sınıb, kəllə beyin travması alıb və dolabın kənar hissəsi uşağın ənsə hissəsindən başını yarıb.

BAKU.WS saytı olaraq baş verən hadisə ilə bağlı həmin bağçanın rəhbəri İlahə Əliyeva ilə əlaqə saxladıq. O, açıqlaması zamanı baş verən insidentin onun rəhbərliyi dövründə olmadığını qeyd edib:

“Yaşanan xoşagəlməz halla bağlı onu deyə bilərəm ki, həmin vaxt yəni, bir ay əvvəl mən “Əsmanur” uşaq bağçasının rəhbər vəzifəsini Ülviyyə adlı xanıma həvalə etmişdim. Sonra onun xidmət səviyyəsi xoşuma gəlmədiyi üçün işdən çıxartdım.

Həmin o valideynə isə demək istəyərdim ki, onun iki uşağı indi bizim bağçada təhsil alır. Bir övladı da burada təhsil alıb, hazırda məktəbdə oxuyur. Bu uşaq döyülməyib, söyülməyib, yeməkdən zəhərlənməyib. Bu hadisədir. Heç kim heçnədən sığortalanmayıb. Dolab da göydən düşməyib. Uşaq müəlliminin yanında olanda dolabın ön hissəsini çəkib, o da onun üzərinə aşıb”.

İlahə Əliyeva valideynin ona qarşı irəli sürdüyü ittihamlarla razı olmadığını deyib. O, uşağa qoyulan diaqnozların şişirdildiyini, valideynin hər dəfə uşağın müalicəsinə görə ondan pul istədiyini, bu günə qədər isə xəsarət alan azyaşlıya 600 AZN xərc çəkdiyini iddia edib:

“Mən uşağa baxan həkimlə özüm danışmışam. Həmin valideyn yalan danışır. O istəyir ki, iki övladı 3 il bundan sonra da bizim bağçada ödənişsiz oxusun. İndiyə qədər məndən 600 AZN alıb ki, uşağı o həkimə bu həkimə aparıram. Heç bilmirəm yalan deyir, düz deyir. Antalyadan istirahətdən yeni gəliblər. Necə olur ki, bu ağır xəsarətlər alan uşaq istirahətdən gəlir”.

Xatırladaq ki, bədbəxt hadisənin bir ay əvvəl baş verdiyi iddia edilir.