Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova tutduğu vəzifədən azad olunub.
7times.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun işdən azad olunması haqqında gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.
Follow @7timesaz