Ölkə

Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib

Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropolitenində təhlükəsizlik məqsədilə nəzarət profilaktik tədbirləri gücləndirilib.

7times.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, məqsəd sərnişinlərin sağlamlığının qorunması və koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasıdır:

“Bu məqsədlə tərəfimizdən nəzərdə tutulan bütün tədbirlər təşkil olunaraq, icraya yönəldilib. Metro daxilində, vestibüllərdə, qatarlarda mövcud qayda və normalara riayət edilməsi tövsiyə olunur. Sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, qoruyucu maskalardan istifadə edilməsinə və digər bütün normalara ciddi riayət olunmasına nəzarət edilir. Bu gün əvvəlki dövrlərlə müqayisədə hərəkət iştirakçıları daha məsuliyyətli və diqqətli olmalıdırlar. Hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

Unutmayaq ki, ön cəbhədə döyüşdə mübarizə aparan Azərbaycan ordusunun hər bir əsgərinə arxa cəbhədə də biz koronavirusla mübarizədə öz səfərbərliyimizi nümayiş etdirməklə onlara dəstək oluruq. Mövcud qaydalara riayət etməyən şəxs və ya şəxslər barəsində qanunvericiliyin normalarına uyğun şəkildə tədbirlər görülür və görüləcək. Burada da əsas məqsəd hər bir hərəkət iştirakçısının qaydalara əməl etməyə təşviq etməkdir. Hər kəs həm özünün, həm də ətrafdakı digər hərəkət iştirakçılarının sağlamlığını müdafiə etməlidir”.