Dünya

Bakı-Quba yolunda “Kamaz”la “Mersedes” toqquşdu – Yaralı var

Bakı-Quba yolunda “Kamaz”la “Mersedes” toqquşdu – Yaralı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-cu km-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7times.az xəbər verir ki, “KamAZ” markalı yük avtomobili əks istiqamətə çıxaraq “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub.

Qəzada “Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. (Report)