Dünya

Bakı və İrəvan arasında sülh bağlanmasına çalışırıq – Gerasimov

Bakı və İrəvan arasında sülh bağlanmasına çalışırıq – Gerasimovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına çalışır”.

 

7Times.az  “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov danışıb.

“Rusiya Federasiyası Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də kəskin erməni-azərbaycanlı ziddiyyətlərinin həlli üçün siyasi yol üzərində məqsədyönlü iş aparır”, – deyə Gerasimov belə deyib.

 

“Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir: vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə davamlı tendensiyaya malikdir”, – o iddia edib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə danışarkən onları “sülh və sabitliyin əsas qarantı” adlandırmışdı.