Bakıda 1999-cu il təvəllüdlü şəxs dəm qazından boğularaq ölüb.
7times.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Elimxan Əliyev yaşadığı mənzildə huşsuz vəziyyətdə tapılıb. Yaxınlarının verdiyi məlumata görə, gənc oğlan dəm qazından boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, E. Əliyev ingilis dili müəllimi imiş.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz