Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Xudiyev Sərxan Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz