Ölkə

Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb

Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramovun 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.