Hadisə

Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi “DSK” yolu adlanan yerdə qeydə alınıb.

2002-ci il təvəllüdlü Vüsal İsa oğlu Piriyev idarə etdiyi BYD markalı avtomobillə piyada – 1968-ci il təvəllüdlü Kərəm Əhməd oğlu Fərzəliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.