Hadisə

Bakıda 600 dollara görə nənə və nəvəsi amansızlıqla öldürüldü

Bakıda 600 dollara görə nənə və nəvəsi amansızlıqla öldürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 2004-cü il aprelin 24-ü paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Lakin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılIb.

Bu il aprelin14-ü Baş Prokurorluğun İstintaq idarəsinin iş üzrə icraat təzələnməklə  keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 2004-cü il aprelin 24-ü saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada qadının nəvəsi Aygün Əzizovanın da olduğunu görüb. Özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mənzildə olan 600 dolları(təxminən 1020 manat) məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk ediblər.

Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla)  maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.