Bakıda 76 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “7Times.az “a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 57 yaşlı A.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Follow @7timesaz