Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə 7times.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Səidə Mirşahin qızı Əbilovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Follow @7timesaz