Hadisə

Bakıda ağır qəza – ana və oğlu öldü, qızı xəsarət aldı – FOTO

Bakıda ağır qəza – ana və oğlu öldü, qızı xəsarət aldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

7times.az xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən “Ravon” markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. APA