Hadisə

Bakıda ağır yol qəzasında iki bacı yaralanıb

Bakıda ağır yol qəzasında iki bacı yaralanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Beydullayeva Aytən və onun bacısı, 2014-cü il təvəllüdlü Beydullayeva Aylin xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.