Hadisə

Bakıda ata 1 yaşlı oğlunu öldürdü

Bakıda ata 1 yaşlı oğlunu öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir yaşlı oğlunu öldürən  tutulub.

7times.az xəbər verir ki, Binəqədi rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlu yaşadığı evdə ölüb.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.