Hadisə

Bakıda avtomobil işıq dirəyinə çırpılaraq aşıb

Bakıda avtomobil işıq dirəyinə çırpılaraq aşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol-nəqliyyat hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qəza bu gün səhər 08:00 radələrində baş verib:

“Qaradağ rayonu Sahil qəsəbəsində VAZ-2101 markalı 77-FY-719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində zərbənin gücündən nəqliyyat vasitəsi aşıb.

Ölən və xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır”.